Ağdamda yol qəzası - 3 nəfər xəsarət alıb 

22:09 11.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, qəza Hindarx–Borsunlu avtomobil yolunun Quzanlı qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” və “Lada Xəzər” markalı avtomobillər daşla dolu “KamAZ” yük maşınına çırpılıb.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.